Mingəşevir şəhərində oğurluq hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, Mingəçevir və Şirvan şəhər polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-nə keçən gecə Mingəçevir şəhərindəki mənzillərin birindən 7500 ABŞ dolları, 4500 avro, 2 ədəd üzük və 1 ədəd qızıl sırğa oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev, Sabirabad rayon sakinləri S.Quliyev Mingəçevir şəhərinin ərazisində, M.Məmmədov isə Şirvan şəhəri ərazisində saxlanılıblar.