1 Sentyabr 2019 09:37
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllıda 22 yaşlı gəncbədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, hadisə İvanovka kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Jaben Aleksandr Nikolayeviç yaşadığı evdə elektrik naqilini təmir edərkən ehtiyatsızlıq edib və cərəyan onu vuraraq öldürüb. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon Şöbəsinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər