Sumqayıt şəhərində qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 31-də şəhər sakini Mənsumə Əliyevanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Manafov məsuliyyətə cəlb edilib.
Faktla bağlı cinayət işi başlanıb.
***
12:47
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhərin Sahil küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Corat qəsəbə sakini Mənsumə Əliyeva vurulub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Sumqayıt polisi tərəfindən araşdırma aparılır.