Azərbaycanda əcnəbi vətəndaşa qarşı cinayət hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 30-da əcnəbi vətəndaşın çantasından 580 ABŞ dolları, 4 ədəd pasport və 3 ədəd doğum haqqında şəhadətnamə oğurlamaqda şübhəli bilinən digər əcnəbi vətəndaş D.Norredine saxlanılıb.