4 Sentyabr 2019 14:48
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Qusarda baş verən yol qəzası nəticəsində xəsarət alanların durumu barədə məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə nəticəsində xəstəxanaya 5 nəfər müraciət edib.

Müraciət edənlərdən 39 yaşlı Pərvanə Babayevanın xəsarətləri ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar 53 yaşlı Cəbrayılov Zeynulla, 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva və 28 yaşlı Mine Qurbanova qapalı kəllə beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar MRX-ya yerləşdiriliblər. Hazırda müalicələri davam edir.

Qeyd edək ki, bu gün Qusar rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

Rayonun Atluxanoba kənd sakini, Zeynulla Cəbrayılov idarə etdiyi "Mercedes-190" markalı avtomobillə Xudat-Qusar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə, sürücü və avtomobildə olan sərnişinləri - Atluxanoba kənd sakinləri, Elina Sevzixanova, Gülmirə Babayeva, Pərvanə Babayeva və Mina Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, yaralılardan P.Babayevanın həyatını xilas etmək mümkün olmayıb.

Digər yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər