4 Sentyabr 2019 14:53
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan şəxslərin durumunu açıqlayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, həmin binada yaşayan Sabir Xubanov öz avtomobili ilə oğlu Anar Xubanovu 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirib.

Hər ikisinin xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıblar: “Bu gün Sabir Xubanovun həyat yoldaşı Zibeydə Xubanova 5 saylı xəstəxanaya müraciət edib. Xəstəxanadan verilən məlumata görə Zibeydə Xubanova palataya yerləşdirilib, müalicəsi davam edir. Xubanovlar xəstəxanaya özləri müraciət etdiklərindən Təcili Tibbi Yardım briqadasının məlumatında adları qeyd edilməyib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər