8 Sentyabr 2019 09:51
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax şəhərində “Azərişıq” ASC-yə məxsus yarımstansiyanın ərazisində yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, 110 kVt olan yarımstansiyanın ərazisində baş verən qısa qapanma nəticəsində ümumi sahəsi 88 kvadratmetr olan tikilinin içərisində 2 ədəd gücü 10 kVt olan qapalı paylayıcı qurğudan bir ədədi yanıb.

Tikilinin içərində yerləşən 25 ədəd qoruyucu açar və 1 ədəd paylayıcı qurğu yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər