Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Rafis Bayramov küçədə 2001-ci il təvəllüdlü Vüsal Hüseynov ilə mübahisə edib.
Şəxsi münasibətlər zəminində yaranan mübahisə sonradan davaya çevrilib.
Dava zamanı Vüsal Hüseynov özündə olan bıçaqla Rafis Bayramova bitr neçə xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisəni törədən Vüsal Hüseynov polis əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaq aparılır.