10 Sentyabr 2019 13:18
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Dağkəsəmən kəndi ərazisində kənd sakini Elvin Heydərovun idarə etdiyi “VAZ-2121” və R.Fərəcovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Heydərov hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov