10 Sentyabr 2019 20:56
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində - hava limanı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, qəza nəticəsində minik avtomobili, eləcə də 131 və 198 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkətdə olan avtobuslar toqquşub.

Qəza ilə əlaqədar Agentlik tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com