14 Aprel 2014 18:19
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqlə görüşüb. Şuradan Teleqraf.com-a verilən məlumata görə, səfir şuranın fəaliyyəti, onun qanunvericilik təşəbbüsü və xarici QHT-lər üçün qrant proqramı haqqında ətraflı məlumat almaq istədiyini bildirib.

A.Quliyev şuranın yaranması və fəaliyyəti haqqında səfirə ətraflı məlumat verib, qurumun dövlətlə vətəndaş cəmiyyəti arasında körpü rolu oynadığını bildirib. O, şuranın 6 illik fəaliyyəti dövründə heç bir siyasi, dini, etnik ayrı-seçkilik etmədən 2500-dən artıq QHT-nin layihəsini maliyyələşdirdiyini qeyd edib. Şuranın ötən ildən etibarən xarici QHT-lər üçün həyata keçirdiyi qrant proqramı barədə səfirə məlumat verən A.Quliyev əməkdaşlıq etdikləri Böyük Britaniyanın vətəndaş cəmiyyəti qurumları haqqında da danışıb.

Səfir İ.Siddiq şuranın fəaliyyətini müsbət dəyərləndirdiyini, QHT-lərin inkişafı ilə bağlı təkliflərin və gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə hazır olduğunu qeyd edib. İ.Siddiq, həmçinin hər iki dövlətin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı tanışlıq səfərlərinin təşkil edilməsinin faydalı ola biləcəyini deyib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər