13 Sentyabr 2019 13:35
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda silahlı şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, 13-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübnhəli bilinən Bakıxanov qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əsgərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov