15 Sentyabr 2014 12:10
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən də Milli Şuranın sentyabrın 14-də keçirilən sessiyasına qatılmamışam. Mənə dəvət gəlmişdi, ancaq iclasda iştirak edə bilmədim”.

Bunu KXCP sədrinin müavini, Milli Şuranın üzvü Xəzər Teyyublu bildirib.

O, əlavə edib ki, Bakıda olmadığı üçün sessiyada iştirak etməyib.

Bununla belə KXCP sədrinin müavini əlavə edib ki, partiyanın digər sədr müavini Oqtay Gülalıyev sessiyada iştirak edib:

“Digər üzvlərimizin sessiyada iştirak edib-etməməsi haqda mən də informasiya yoxdur”.
Xatırladaq ki, sentyabrın 14-də keçirilən Milli Şuranın sessiyasına KXCP sədri Mirmahmud Mirəlioğlu qatılmayıb.

Cavidan


Müəllif:

Oxşar xəbərlər