14 Sentyabr 2019 15:25
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yaroslavl bölgəsində yük maşınının qarşı zolağa çıxması və sərnişin avtobusu ilə toqquşması nəticəsində 9 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət İnspeksiyası məlumat yayıb.

Belə ki, Yaroslavl-Zayaçi təpəsi-İvanovo şossesinin 20-ci kilometrliyində “MAN” markalı yük maşını qarşı zolağa çıxıb və əks istiqamətdə hərəkət edən “PAZ” avtobusu ilə toqquşub.

Yol polisinin məlumatına görə, 7 nəfər ölüb, 21 nəfər yaralanıb. Eyni zamanda, rayon səhiyyə idarəsinin mətbuat xidməti ölənlərin sayının 9-a çatdığını bildirib.


Müəllif: Səxavət