15 Sentyabr 10:28
743

Novxanı yolunda üç nəfərin ölümünə səbəb olan qəzada xəsarət alanların bəzilərinin adları məlum olub.

Qəza nəticəsində 2018-ci təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün Ümidvar qızı və 1999-ci təvəllüdlü Məmmədova Nahidə Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanların bəzilərinin vəziyyəti orta-ağırdır. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.(Report)

**

09:34

Bakıda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

Hadisə Novxanı yolunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yanında baş verib.

Qəza yerindən gələn təcili və təxirəsalınmaz tibbi yardımın həkimi bildirib ki, bir neçə avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, azı 6 nəfər xəsarət alıb.

Yaralıların içərisində ana və bir yaşlı körpəsi də var./report/


Müəllif: Teleqraf.com