16 Sentyabr 2019 15:33
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda ağır yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Köhnə Alvadı kəndi ərazisində baş verib.

Kənd sakini M.Əliyevin idarə etdiyi “Volvo” markalı yük avtomobili və Cəlilabad rayon sakini V.Zeynalovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə V.Zeynalov və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Sahil Zeynalov orada ölüb.

Faktla bağlı Masallı rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov