Bakının Qaradağ rayonunda yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, Ümid qəsəbəsi ərazisində Gəncə şəhər sakini R.Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini Namiq Əmiraslanov olması müəyyən edilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.