18 Sentyabr 19:35

Goranboy rayonunun Balakürd kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com