19 Sentyabr 2019 00:12
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Lənkəran Boradigah yolunda baş verib.

Astara rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Rauf İdris oğlu idarə etdiyi "Mercedes" markalı 07 BX 184 dövlət nömrə nişanlı avtomobillə Lənkəran istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Lənkəran şəhər sakini 1952-ci il təvəllüdlü Babayev Şəmsəddin Riyahi oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində Ş.Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com