19 Sentyabr 2019 12:43
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda qadın özünü öldürmək istəyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özlərini çaya atmağa cəhd göstəriblər.

Həmin ərazidə xidmət aparan İmişli rayon mühafizə bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb.

Onlar İmişli rayon polis şöbəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov