19 Sentyabr 2019 13:50
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun H.Əliyev prospektində Tovuz rayon sakini S.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rzabala Nizaməddinovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov