Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, hadisə sentyabrın 18-də saat 18 radələrində Goranboy rayonunun Balakürd kəndi ərazisində baş verib.
Tərtər rayon sakini T.Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb.
Nəticədə avtomobildəki sərnişin - Abşeron rayon sakini Günel Manafova hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır.