21 Sentyabr 2019 17:04
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 20-də gecə saatlarında hərbi hissələrdən birində naməlum şəraitdə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Elyarbəy Beyqalı oğlu həlak olub.

Azərbaycan Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hadisə ilə bağlı hazırda istintaq prosedurları başlanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!


Müəllif: Teleqraf.com