21 Sentyabr 2019 22:04
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Vayots Dzor vilayətinin qubernator köməkçisinin başçılıq etdiyi quldur dəstəsi Yexeqnadzor rayonunda ordu podpolkovnikini ölənədək döyüb.

Qaynarinfo xəbər verir ki, vilayətin qubernatoru Trdat Sərkisyanın özünün də bu qətldə əli olduğu bildirilir. Respublika prokurorluğunun məlumatına görə, zabiti döyərək öldürən qubernator köməkçisi Arutyun Qriqoryan həbs edilib, amma onun rəisi hələ azadlıqdadır.

Ermənistanın müdafiə naziri David Tonoyan bildirib ki, istintaq davam etdiyinə görə geniş açıqlama vermək istəmir. O əlavə edib ki, hüquq-mühafizə orqanları zabiti qətlə yetirən vəzifəli şəxslərə qarşı istintaqı ədalətli aparacaq və təqsirkarlar öz cəzalarını alacaqlar.

Qubernator Trdat Sərkisyan isə bu insidentdə əli olduğunu inkar edib. Onun sözlərinə görə, özü hadisə yerində olmayıb və bunu ətrafdakı kameraların qeydləri də sübut edir. Qubernator əlavə edib ki, podpolkovnik fiziki cəhətdən güclü olub və onun köməkçisini təqib edərkən pilləkəndən yıxılıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər