Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin və ''Qarabağ''ın futbolçusu Mahir Emrelinin evini qarət edən şəxslər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, aralarında qadın da olan həmin şəxslər evə necə daxil olmaları barədə "Xəzərxəbər"-ə danışıblar.
Qeyd edək ki, həmin şəxslər onun evindən 17 min manat, 20 min dollar, 3 ədəd mobil telefon və 5 min manat qızıl əşyaları oğurlayıblar.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax sakinləri, əvəllər məhkum edilmiş Nicat Vəliyev, Anar Mahmudov və bu qrupun üzvü Mənzurə Məmmədova saxlanılıblar.