Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib. Bu barədə APA-ya partiyanın Divan üzvü, başqanlığa namizəd Tural Abbaslı məlumat verib.
T. Abbaslı bildirib ki, toplantıda qurultaya hazırlıq məsələləri və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təklif etdiyi, Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin qurultay üçün münasib olub-olmaması müzakirə edilib: “Qərara alınıb ki, Səttar Bəhlulzadə adına Mədəniyyət Evindəki vəziyyət araşdırılsın, müqavilə şərtləri müzakirə olunsun, eyni zamanda şadlıq saraylarının rəhbərləri ilə də danışıqlar davam etdirilsin”.
Qeyd edək ki, partiya qurultayını sentyabrın 27-nə təyin edib.