Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə səhər saatlarında rayonun Dələli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.
Avtomobildə olan şəxslər Masallı rayon sakinləridir.
Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.