7 Oktyabr 2019 13:36
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 5-də saat 8 radələrində Şərur rayonunun Zeyvə kəndi ərazisində kənd sakini Q.İmanovun idarə etdiyi “Mercedes” və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi “Reno” markalı mikroavtobuslar toqquşub.

Nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdirilib.

V.Əsədov orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.

Naxçıvan Muxtar Respulikasının Daxili İşlər Nazirliyində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov