7 Oktyabr 2019 15:27
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda baş verən bir neçə oğurluq cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Qusar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr ayları ərzində rayon ərazisində 4 evdən ümumi dəyəri 25.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev saxlanılıb.

O, törətdiyi cinayət əməllərini etiraf edib.

Mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satan
Ş.Efəndiyev əldə etdiyi pulları xərclədiyini bildirib.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov