7 Oktyabr 2019 16:24
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda əsən güclü külək fəsadsız ötüşməyib.

Səbail rayonu Nizami küçəsində külək irigövdəli ağacın aşmasına səbəb olub. Aşan ağac yol kənarında park edilmiş avtomobillərə ziyan vurub.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, qurum əməkdaşları artıq həmin əraziyə səfərbər olunub./trend/


Müəllif: Teleqraf.com