8 Oktyabr 2019 01:15
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz sakini ağacdan yıxılıb ölüb.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində baş verib.

Kənd sakini, 1980-cı il təvəllüdlü Qasımov Mehman Yunis oğlunun meyiti kənd ərazisindəki qoz bağında tapılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, M. Qasımov həmin bağda qoz ağacından yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com