8 Oktyabr 2019 12:18
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhərin Koroğlu küçəsində Ə.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Yavər Əmiraslanovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov