9 Oktyabr 2019 01:36
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 20 yaşlı gənci 5-ci mərtəbədən atıblar.

Teleqraf.com xəbər verir ki, hadisə Nəsimi rayonu 5-ci mikrorayon, 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Əzizov Emin Vasif oğlunu 5-ci mərtəbədən atıblar. Nəticədə o, xəsarət alıb. E.Əzizov xəstəxanaya çatdırılıb və ona müştərək travma, qapalı kəllə-beyin travması, sağ saidin və çanağın sınığı diaqnozu qoyulub. O, reanimasiyaya yerləşdirilib.


Müəllif: Teleqraf.com