9 Oktyabr 2019 13:00
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi paytaxtda baş verən yol-nəqliyyat hadisələri ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, oktyabrın 8-də saat 23 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini Faiq Atakişiyevin idarə etdiyi “VAZ-2106” və Tovuz rayon sakini V.Həsənovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

Bundan başqa, həmin gün, saat 11 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Elvin İsmayılov idarə etdiyi mopedi işıq dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daha bir hadisə Yasamal rayonunda baş verib. Tbilisi prospektində Abşeron rayon sakini Xəqani Səfərov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Biləsuvar rayon sakini Nadir Talıbovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov