9 Oktyabr 2019 20:58
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Səbail rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü İsmayılov Elvin Ağamehdi oğlu idarə etdiyi "Muravey" markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və Səbail rayonu, M.Qurban küçəsi 2 ünvanındakı səkiyə çırpılıb.

Qəza nəticəsində E.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Müəllif: Teleqraf.com