10 Oktyabr 2019 13:52
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda 35 yaşlı qadının vəhşicəsinə döyülməsi hadisəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Publika.az-ın apardığı kiçik araşdırma zamanı məlum olub ki, hadisə rayonun Xanqərvənd kəndində deyil, Alırzalı kəndində baş verib.

Belə ki, ilkin araşdırmalar zamanı kənd sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərovanın ata bağlanaraq sürüdülməsi iddiası təsdiqlənməyib. Məlum olub ki, S.Ələkbərova ilə qonşuluqda yaşayan Firdövis Dəmirova arasında ata görə mübahisə yaranıb. Bu zaman F.Dəmirova qızı Fəridə və oğlu Ariflə birgə gənc qadını döyüb. Onlar kəndirlə qonşu qadının əl və ayaqlarını bağlayaraq onu sürüməyə başlayıblar. Hadisə barədə kənddəki məclisdə olan sakinlərə dərhal məlumat verilib. Onların köməkliyi ilə S.Ələkbərovanı qonşularının əlindən almaq mümkün olub və qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, hadisəni törədən ailə kənddə aqressiv xarakterli insanlar kimi tanınır. Hətta ailə başçısı bir müddət əvvəl həyat yoldaşı və övladlarının dözülməz hərəkətindən bezərək evi tərk edib və başqa şəxsin evində ölüb.

35 yaşlı qadını sürüdülər, sonra... - Azərbaycandakı bu olay hamını DƏHŞƏTƏ GƏTİRƏCƏK
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırmalar aparılır. Alırzalı kəndinin icra nümayəndəsi Publika.az-a bildirib ki, zərərçəkən qadın sakit təbiətli insandır və qonşuları ilə hər hansı ədavəti olmayıb.

***

12:23

Səhiyyə Nazirliyi Goranboy rayonunda atla sürüdülən 35 yaşlı qadının vəziyyəti ilə bağlı məlumat yayıb.

Teleqraf.com-un xəbərinə görə, məlumatda bildirilib ki, rayonun Xanqərvənd kənd sakini, 35 yaşlı qadın sağ bilək nahiyəsinin və sağ baldırın ön səthinin yumşaq toxumalarının sıyrılmış yaraları diaqnozu ilə Goranboy Mərkəzi rayon Xəstəxanasına gətirilib: "Qadına lazımi tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur. Fatkla əlaqədar hüquq-mühafizə orqanları məlumatlandırılıb".

**

11:31

Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər.

Report-un məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlıarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.

Ağır bədən xəsarətləri alan qadın qailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com