11 Oktyabr 2019 11:53
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polis əməkdaşlarının çevikliyi sayəsində intihar cəhdinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 9-da DİN-in “102” Zəng-Xidməti Mərkəzinə müraciət edən Bakı şəhərində yaşayan İran vətəndaşı oğlunun özünü öldürmək istəməsini bildirib və polis əməkdaşlarından kömək istəyib.

Dərhal Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları qeyd olunan ünvana gəliblər.

Seyidrza adlı şəxsin intihar məqsədi ilə Ə.Əlizadə küçəsində yerləşən 17 mərtəbəli binanın damına çıxması müəyyən edilib.

Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov