11 Oktyabr 2019 13:09
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Elman Abuzərov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.


Müəllif: Hacı Zeynalov