11 Oktyabr 2019 13:20
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xızı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yeni Yaşma qəsəbəsi ərazisində qeydə alınıb.

Rayon sakini T.Allahverdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini İ.Qasımovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.

Nəticədə T.Allahverdiyev və sərnişinləri olan anası Lalə Məmməd qızı və arvadı Nazilə Süleymanova hadisə yerində ölüblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov