11 Oktyabr 2019 13:34
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

Rayon sakini A.Vəliyev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən 50-60 yaşlı kişini vurub.

Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma başlanıb.

Daxili İşlər İazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupu avtomobillə vurulan şıxsin kimliyinin müəyyən edilməsi üçün əhaliyə müraciət edib.

Məlumatda qeyd olunur ki, piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb:

"Həmin kişinin əlamətləri - yaşı 50-60 arası, boyu 163 sm, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi aladır. Əynində qara kostyum, boz köynək və qara şalvar olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl rayon polis şöbəsinə və (022) 205-22-79; (055) 545-11-02 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur".


Müəllif: Hacı Zeynalov