11 Oktyabr 2019 16:02
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Zaqatala rayon polis şöbəsinə rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Həmin müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, qeyd olunan mənzildən ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin əvvəllər də oğurluğa görə məhkum olunduğu, rayonun Aşağı Tala kənd sakini Elxan Canımov olduğu müəyyən edililib və o, şübhəli şəxs qismində saxlanılıb.

Oğurladığı qızıl-zinət əşyaları E.Canımovdan maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov