11 Oktyabr 2019 16:40
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Quba rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən Rustov kənd sakini, 44 yaşlı Asəf Ocaqov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Araşdırmalarla məlum olub ki, məntəqəyə qapını sındırmaq yolu ilə daxil olan və oradakı şkafdan pulları oğurlayan A.Ocaqov cinayətin izini itirmək məqsədilə içəridəki müşahidə kamerasını sındıraraq hadisə yerindən uzaqlaşıb.

Faktla əlaqədar Quba cinayət işi açılıb.

Bu şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.


Müəllif: Hacı Zeynalov