12 Oktyabr 2019 01:16
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1933-cü il təvəllüdlü Əliyev Əli Qadın oğlu və onun həyat yoldaşı, 1944-cü il təvəllüdlü Əliyeva Mina Saleh qızını vurub. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ə.Əliyevə döş qəfəsinin küt travması, M.Əliyevaya isə sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulub.


Müəllif: Teleqraf.com