12 Oktyabr 2019 12:28
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda qadın şantaj edilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Səma Məmmədova (ad və soyad şərtidir - red.) bir kişi tərəfindən şantaj edilməsi barədə 32-ci polis bölməsinə şikayət edib.

Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan qadını hədələyib, ondan 1000 manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini E.Quliyev saxlanılıb.

E.Quliyev qadını intim fotoları ilə şantaj etdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov