12 Oktyabr 2019 18:31
1 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda bədbəxt hadisə ölümə səbəb olub.

Hadisə ötən gün rayonun Səmədabad kəndində baş verib.

Belə ki, kənd sakini 26 yaşlı Fəqan Məmmədov traktorla həyətlərində anası, 60 yaşlı Umnisə Məmmədovanı vuraraq öldürüb.

Məlumata görə, bundan sonra F.Məmmədov intihara cəhd edib, lakin yaxınları tərəfindən intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır./report/


Müəllif: Teleqraf.com