13 Oktyabr 2019 12:03
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Teleqraf.com xəbər verir ki, binanın qarşısında 6 ədəd (hər biri 1500 m) kabel barabanı və 300 p.m plastik borular yanıb. Yüksək temperaturdan binanın xarici divarına quraşdırılan qaz sayğacı və 2 ədəd kondisioner mühərriki qarsalanıb. Yaşayış binası yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com