13 Oktyabr 2019 12:18
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzTV-nin tanınmış aparıcılarından olan Rəşad Mehdilinin avtomobili ağır yol qəzasına düşüb.

Publika.az xəbər verir ki, hadisə ötən gecə Sumqayıtda baş verib. Belə ki, sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomobil teleaparıcıya məxsus olan 99 TV 484 dövlət qeydiyyatlı "Nissan"a çırpılıb. Xoşbəxtlikdən teleaparıcı hadisə zamanı xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com