14 Oktyabr 2019 11:42
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə oktyabrın 12-də, saat 20 radələrində Tovuz rayonunun Hunanlar kəndi ərazisində baş verib.

Rayon sakini Asif İbrahimovun aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Müayinə zamanı onun öldüyü müəyyən olunub.

Baş verən hadisə ilə bağlı xəstəxanadan Tovuz rayon polis şöbəsinə məlumat verib.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini F.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov