Şəmkir rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açdığına görə G. Yolçuyev saxlanılıb.
Onun yaşadığı evə baxış zamanı nömrəsi silinmiş “İJ-43” markalı tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.