15 Oktyabr 2019 12:05
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 12-də Sumqayıt şəhər sakini Ramin Hüseynovun ölümü ilə nəticələnən yol qəzası olub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mitsubishi” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini S.Dadaşov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov